Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, Milli Gimnastika Arenasındakı tədbirdə ilk olaraq iştirakçı ölkələrin bayraqları nümayiş olunub. Daha sonra Gənclər və idman nazirinin müavini Mariana Vasileva çıxış edib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Batut gimnastikası üzrə Dünya Kuboku fərdi proqramda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Yarışda batut üzrə 32, tamblinqdə 6 ölkə təmsilçiləri çıxış edəcəklər. Ümumilikdə isə 300 idmançı bacarığını göstərməyə çalışacaq.
Batut gimnastikası üzrə Dünya kuboku fərdi proqramda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
Qeyd edək ki, bu, ölkəmizin batut gimnastikası üzrə təşkil etdiyi 7-ci Dünya Kubokudur.
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO