Bakıda keçiriləcək dünya çempionatının medalları təqdim edilib – FOTO
28.03.2025 - 13:01
Bakıda keçiriləcək dünya çempionatının medalları təqdim edilib – FOTO

May ayında Bakıda təşkil olunacaq mini futbol üzrə dünya çempionatının medalları təqdim olunub.

Apasport.az xəbər verir ki, xüsusi dizaynla hazırlanmış medalların üzərində mundialın loqotipi həkk olunub.

Qiymətli materiallardan istifadə olunaraq hazırlanan medallar yüksək keyfiyyəti ilə seçilir.

Qeyd edək ki, Bakıda keçiriləcək Dünya çempionatı mayın 22-dən iyunun 1-dək davam edəcək. Oyunlar Milli Gimnastika Arenasında olacaq.