Dekabrın 15-dən 17-dək Bakıda çövkən milli atüstü oyunu üzrə növbəti Prezident Kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, Binə Atçılıq Mərkəzinin qapalı manejində təşkil olunacaq turnirdə Ağstafa və Ağcabədi rayonlarını təmsil edən klublarla yanaşı, Bakıdan da 6 komanda iştirak edəcək.
Ümumilikdə 8 komandanın qatılacağı yarışlarda 2 qrupda heyətlər güclərini sınayacaq. Dekabrın 15, 17 və 19-u qrup oyunları, ayın 21-də yarımfinal və 2 gün sonra isə turnirin finalı baş tutacaq.
Qrup oyunlarının nəticələrinə əsasən hər iki qrupu 1 və 2-ci yerlərdə bitirən komandalar yarımfinala yüksələcək. Oyun günləri yarışlar saat 10:00-da start götürəcək.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib