“Komandaya inamımız böyükdür”.
Apasport.az saytı xəbər verir ki, bunu parataekvondo üzrə Azərbaycan millisinin baş məşqçisi Fərid Tağızadə deyib.
Baş məşqçi milli komanda üzvlərinin hazırlığından danışıb. Tağızadə parataekvondoçularımızn Avropa çempionatında 3-4 medal qazana biləcəyini bildirib: “Təlim-məşq toplanışlarımız çox yaxşı keçib. Fransanın Montargis şəhərində Həmrəylik turnirindən qayıtdıqdan sonra Avropa çempionatına 40 günlük hazırlığımız olub. Həm fiziki, həm də texniki-taktiki yaxşı formadayıq. Hər şey qaydasındadır. Yığmada uşaqların psixologiyası, durumu qaydasındadır. Hər bir cəhətdən yaxşıyıq. Heç bir problemimiz yoxdur. İnanıram ki, əldə edəcəyimiz mükafatları dəst olacaq. Qızıl, gümüş və bürünc medallar qazana biləcəyik. 5 olmasa da, 3-4 medala yiyələnəcəyimizə inanıram”.
Qeyd edək ki, Avropa çempionatı avqustun 14-16-da Niderlandın Rotterdam şəhərində baş tutacaq.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO