Bakıda keçirilən bədii gimnastika üzrə keçirilən Dünya Kubokunda bu gün fərdi gimnastlar və qrup hərəkətləri komandaları arasında çoxnövçülük proqramı üzrə qaliblər müəyyənləşib.
Apasport.az-ın məlumatına görə, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət Azərbaycanın qrup hərəkətləri üzrə komandasının üzvləri çoxnövçülük proqramında bürünc medala layiq görülüblər.
Qeyd edək ki, sabah başa çatacaq Dünya Kubokunda fərdi və qrup hərəkətləri komandaları ayrı-ayrı alətlər üzrə final görüşlərinə çıxacaq. Zöhrə Ağamirova topla, qrup hərəkətləri üzrə komandamız halqa ilə hərəkətlər üzrə medallar qazanmağa çalışacaq.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib