Bədii gimnastlarımızdan daha 2 medal
03.03.2024 - 21:35
Almaniyanın Fellbax-Şmiden şəhərində bədii gimnastika üzrə “Gymnastic International 2024” beynəlxalq turniri keçirilir.
Apasport.az xəbər verir ki, millimiz daha iki medal qazanıb.
Gənc gimnastlarımız Şəms Ağahüseynova və İlahə Bahadırova fəxri kürsüdə yer alıblar.
Şəms lentlə hərəkətlərin icrasında gümüş, İlahə isə topla hərəkətlərdə bürünc medal qazanıb.
Qeyd edək ki, turnirin ilk günüdə gənc gimnastlarımız Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova, Fidan Qurbanlı komanda hesabında bürünc medal qazanıblar.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0