Milli komandamızın məşqçisi və təcrübəli hakim Balaheydər Kərimov ilk dəfə olaraq Dünya Triatlon yarışında ölkəmizi beynəlxalq hakim kimi təmsil edib.
Apasport.az xəbər verir ki, o, 9-10 avqust tarixlərində Rumıniyanın İzvorani şəhərində keçirilən Yeniyetmələrin Avropa Kubokunda uğurla hakimlik edərək beynəlxalq arenada ilk təcrübəsini qazanıb.
Balaheydər Kərimov triatlon üzrə gənclərdən ibarət Azərbaycan millisinin baş məşqçisidir. Hakimlik sahəsində də böyük təcrübəyə malik olan Kərimov respublikada keçirilən bir çox yerli və beynəlxalq yarışlarda, o cümlədən “IronWind” beynəlxalq triatlon yarışında baş hakim kimi çıxış edib.
Beynəlxalq səviyyədə fəaliyyətə hazırlaşmaq məqsədilə Balaheydər Kərimov 7-8 iyun tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində Qırğızıstan Triatlon Federasiyası və Asiya Triatlonunun təşkilatçılığı ilə keçirilən beynəlxalq hakimlik kursunu uğurla başa vurub.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”