Azərbaycanın kişi boksçulardan ibarət yığması Bolqarıstana yollanıb.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidməti açıqlayıb.
Baş məşqçi Pedro Roke və məşqçi Nəriman Abdullayev rəhbərliyi altında yığmanın 4 idmançısı Sofiyada təlim-məşq toplanışına qatılacaq. Hazırlıqda Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq) və Alfonso Dominqes (92 kq) iştirak edəcəklər.
Yığmamız Bolqarıstanda toplanışı ev sahibləri və Rumıniya milliləri ilə birgə keçəcək. Məşqlərdə sınaq döyüşlərinin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, oktyabrın 30-da start götürən hazırlıq noyabrın 10-dək davam edəcək.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib