İyunun 6-da Macarıstanın Eqer şəhərində gənc oğlan və qız boksçular arasında beynəlxalq turnir start götürəcək.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.
Baş məşqçi Elbrus Rzayev turnirdə Sübhan Məmmədov (51 kq), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 54 kq), Məhəmmədəli Aşurəliyev, Tamerlan Əlimzanov ( hər ikisi 57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Abbasqulu Şadlinski (63,5) və Fərhad Şeydayevə (75 kq) şans verəcək.
Qız boksçuların yarışında isə məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında Banuçiçək Nəsirli (46 kq), İnci Məcidli (50) və Özləm Həsənova (63 kq) qüvvəsini sınayacaq.
Bu gün səfərə yollanan komanda iyunun 10-da Bakıya qayıdacaq.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib