Boksçularımızdan 2 qızıl, 2 gümüş
26.11.2023 - 15:21
Qazaxıstanın Karaqan şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir başa çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi 5 ölkədən 200-dək idmançının qatıldığı yarışda 2 qızıl və 2 gümüş medal qazanıb.
Komandamızın heyətində Tamerlan Əlimzanov (57 kq) və İsmayıl Vəliyev (75 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yusif Bəylərovla (54 kq) Səftər Məmmədzadə (+80 kq) ikinci yeri tutublar.
Qeyd edək ki, azərbaycanlı hakim Asif Məmmədov yarışın ədalətli referisi seçilib.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
0
0