Rusiyanın Anapa şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnir başa çatıb.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan millisi 6 medal əldə edib.
Komandamızın heyətində Zeynəb Rəhimova qalib adına layiq görülüb. 54 kq çəkidə çıxış edən idmançı finalda rusiyalı Ulyana Savronu məğlub edərək, qızıl medala yiyələnib.
Yığmamızın digər boksçularından Tural Sarıyev (48 kq), Nicat Hüseynov (54 kq), İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq) və Mehparə Məmmədova (48 kq) bürünc mükafata sahib olublar.
Qeyd edək ki, komanda sentyabrın 26-da Bakıya qayıdacaq.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib