Bu gün Parisdə üç idmançımız çıxış edəcək
04.08.2024 - 12:20
Bu gün Fransanın paytaxtındanda keçirilən Olimpiya Oyunlarında üç idmançımız çıxış edəcək.
Apasport.az xəbər verir ki, ilk olaraq atıcı Ruslan Lunyov məharətini göstərməyə çalışacaq.
O, 25 metrdən atəşaçmada yarışacaq.
Daha sonra çəkic atma növünün təsnifat mərhələsində Anna Skidan mübarizəyə start verəcək.
Azərbaycan günü Alfonso Dominqesin çıxışı ilə yekunlaşdıracaq. 92 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz yarımfinalda ispan Emmanuel Reyes Pla ilə qarşılaşacaq.
Qeyd edək ki, Alfonso Dominqes ölkəmizin üçüncü Olimpiada medalını təmin edib.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0