Bütün dövrlərin ən məhsuldar klub qolçuları müəyyənləşib.
Apasport.az saytı xəbər verir ki, IFFHS yüksək səviyyəli klub yarışlarının bombardirlərini açıqlayıb.
Siyahıya 699 qolla Kriştiano Ronaldo başçılıq edir. Onu 691 topla Romario və klub forması altında 690 dəfə fərqlənən Lionel Messi izləyir.
“Barselona”nın heyətində La Liqanın geridə qalan turunda “Malyorka” ilə matçda rəqibi cəzalandıran Robert Levandovski isə klub karyerasında qollarının sayını 500-ə çatdırıb. Bununla polşalı “500-lər” klubuna daxil olan 16-cı futbolçu olub.
|
1 |
Kriştiano Ronaldo |
Portuqaliya |
2002- |
699 |
|
2 |
Romario |
Braziliya |
1985-2007 |
691 |
|
3 |
Lionel Messi |
Argentina |
2004- |
690 |
|
4 |
Jozef Bican |
Avstriya, Bohemiya, Çexoslovakiya |
1931-1955 |
688 |
|
5 |
Pele |
Braziliya |
1957-1977 |
679 |
|
6 |
Ferens Puşkaş |
Macarıstan, İspaniya |
1943-1966 |
645 |
|
7 |
Cimmi Cons |
Şimali İrlandiya |
1947-1964 |
635 |
|
8 |
Co Bembrik |
Şimali İrlandiya |
1926-1943 |
595 |
|
9 |
Eysebio |
Portuqaliya |
1957-1978 |
578 |
|
10 |
Herd Müller |
Almaniya |
1964-1981 |
566 |
|
11 |
Qlenn Ferquson |
Şimali İrlandiya |
1987-2011 |
561 |
|
12 |
Cimmi Makqrori |
Şotlandiya |
1922-1937 |
540 |
|
13 |
Fernando Peyroteo |
Portuqaliya |
1937-1949 |
539 |
|
14 |
Uve Seler |
Almaniya |
1954-1978 |
508 |
|
15 |
Alfredo di Stefano |
Argentina, İspaniya |
1945-1966 |
501 |
|
16 |
Robert Levandovski |
Polşa |
2008- |
500 |
- “Sabah” azarkeşlərinə şad xəbər – ÇL oyunları üçün VIP biletlər satışda
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO