“Püşkün məhz belə nəticələnməsini istədiyimizi desək, doğru olmazdı”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi AVRO-2024-ün seçmə qrup mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.
İtaliyalı mütəxəssis yığmamızın F qrupunda yer almasına münasibət bildirib: “Asan qrup deyil. Rəqiblərimizi ayrı-ayrılıqda dəyərləndirməli olsaq, təbii ki, qrupun aşkar favoriti Belçika millisidir. Eyni zamanda, digər iki komandanı - İsveç və Avstriya millilərini də xüsusi qeyd etməliyik. Belə güclü rəqiblərlə rəqabət apara bilmək üçün daha artıq çalışmalı, daha çox fədakarlıq etməliyik”.
Qeyd edək ki, millimiz DÇ-2024-ün seçmə mərhələsində Belçika, Avstriya, İsveç və Estoniya ilə qarşılaşacaq. İlk oyun gələn ilin matında baş tutacaq.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək