“Sumqayıt” Basketbol Klubu heyətini gücləndirib.
Apasport.az xəbər verir ki, komanda 27 yaşlı amerikalı basketbolçu Teyvion Kirk ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
193 sm boya malik oyunqurucu 2023/24 mövsümündə Azərbaycan çempionatında “Xırdalan”ın formasını geyinib. O, həmin mövsüm orta hesabla 23,9 xal, 7,4 ribaund və 5,4 məhsuldar ötürmə ilə yadda qalıb.
Kirk daha sonra Şimali Makedoniya çempionatında çıxış edib və orta hesabla 14,2 xal toplayıb.
Amerikalı basketbolçu müxtəlif vaxtlarda NBA G Liqasında “Portlend”, “Denver”, “Sakramento”, “Toronto” və “Finiks”in farm komandalarında da oynayıb.
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
- “Neftçi” FIBA Avropa Kubokunda ardıcıl beşinci məğlubiyyətini aldı
- "Neftçi" Avropa Kubokunda növbəti matçına çıxacaq
- “LANDAU Lions” Portuqaliyada qələbə axtarışında