
Misli Premyer Liqasının XXII turunun “Qarabağ” – “Səbail” matçından (5:0) sonra qonaqların baş məşqçisi Cavid Hüseynovun mətbuat konfransı keçirilib.
"İki dəfə dalbadal "Qarabağ"la qarşılaşdıq. Üç gün sonra bu rəqibə qarşı oynamaq bizim kimi komanda üçün çətindir. 60-65 dəqiqə çox yaxşı futbol oynadıq. Heyətimiz onsuz da kasaddır. Dünənki məşqdə 15 futbolçu iştirak edib. Zədəlilərimiz var. Geniş həyətimizin olmamasının təsiri oldu ki, gücümüzü 90 dəqiqəyə çatdıra bilmədik. Bir neçə gün öncə kubok matçı olmasaydı, bu gün 90 dəqiqə yaxşı mübarizə görə bilərdik".
- Zədəli futbolçuların durumu necədir?
- Qorka Larussea xəstələnib. Dünən halı yaxşı deyildi. Marko iki oyundur bizə kömək edə bilmir. Fərid Nəbiyev dünən zədələnib.
- "Qarabağ" Duran transferini rəsmən açıqladı
- Robbi Kin: "Qarabağ"la ilk matçda iki adi vəziyyətdən qol buraxdıq"
- "Ferentsvaroş"un müdafiəçisi: "Bakıya yalnız qələbə üçün gəlmişik"
- "Qarabağ"ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
- Qarabağın yeni transferi tibbi müayinədən keçdi: BAZAYA DƏVƏT EDİLDİ