"Cəbrayıl", "Qaradağ Lökbatan" və "Difai"dən qələbə - YENİLƏNİB
17.04.2025 - 18:32
"Cəbrayıl", "Qaradağ Lökbatan" və "Difai"dən qələbə  - YENİLƏNİB

Bu gün Birinci Liqada XXII turun oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub. 

Turun ilk oyunu paytaxtda keçirilib. "Cəbrayıl" "ASCO Arena"da "Mingəçevir"i qəbul edib. Matç saat 13:00-da start götürüb. Meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər. "Mingəçevir" isə ardıcıl 3-cü oyununda da qələbə üzünə həsrət qalıb.

"Qaradağ Lökbatan" "Bakı Sportinq"in qonağı olub. Komanda səfərdən inamlı nəticə ilə dönməyi bacarıb. 

"Zaqatala" isə "Difai" ilə qarşılaşıb. Şamaxı Olimpiya Kompleksinin stadionunda keçirilən görüşdə meydan sahibləri seviniblər.

Birinci Liqa

XXII tur

17 aprel (cümə axşamı)

13:00. “Cəbrayıl” – “Mingəçevir” 2:0

Qollar: M.Caniyev 6, O. Təhməzli 71

Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Rizvan Süleymanov, Şamil İmanzadə

“ASCO Arena”

16:00. “Bakı Sportinq” – “Qaradağ Lökbatan” 0:1

Qol: B. Həziyev, 60

Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev

Binə qəsəbə stadionu

16:30. “Difai” – “Zaqatala” 1:0

Qol: K. Kamta, 33

Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Sənan Atayev, Mahmud Bağırzadə

Şamaxı OİK stadionu