
“Qarabağ”da ayrılıq yaşana bilər.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Yassin Benzia komandanı tərk etməyə yaxındır.
Daha öncə xəbər verdiyimiz kimi, ona bir neçə klubdan ciddi təkliflər var.
Yarımmüdafiəçi öncəki təklifləri rədd etsə də, Avropadan gələn müştəriləri dəyərləndirməyə qərar verib.
Əlcəzairli Qətər və BƏƏ klublarından imtina edib. O, Türkiyə təmsilçisi "Rizespor"a yollanmağa da üstünlük verməyib.
Yassin hazırda yalnız Avropada çıxış edən komandada oynamaq istəyir. Onunla bir neçə klub yaxından maraqlanır. Bunların arasında Fransa və Macarıstan təmsilçiləri də var.
Benzianın "Qarabağ"la müqaviləsi mövsümün sonunda başa çatacaq. Buna baxmayaraq, futbolçu klubun 2 illik müqavilə təklifinə hələ ki, müsbət cavab verməyib.
Qeyd edək ki, o, 2023-cü il yanvarın 26-da “Qarabağ”a keçib. Bu müddətdə 2 dəfə Azərbaycan çempionu olub.