"Çelsi"nin yeni baş məşqçisi bəlli olub
05.01.2026 - 09:22
"Çelsi"nin yeni baş məşqçisi bəlli olub

"Çelsi”nin yeni baş məşqçisi məlum olub.

Apasport.az xəbər verir ki, “Strasburq”un çalışdırıcısı Liam Rosenyor bundan sonra London klubuna rəhbərlik edəcək. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Liam bu gün klubla rəsmi müqavilə imzalayacaq.

Liam ötən ilin yayından “Strasburq”a rəhbərlik edir. Komanda bu mövüm Fransa çempionatında 17 turdan sonra 24 xal toplayıb və 7-ci sıradadır.

“Çelsi” yanvarın 1-də baş məşqçisi Enzo Mareskanı istefaya göndərib.