Bakı Şəhər Halqası 2019-cu ildən bəri ilk dəfə “Formula-1” yarışı üçün azarkeşləri qarşılamağa hazırdır.
Qurumdan apasport.az saytına verilən məlumata görə, Azərbaycan Qran-prisinin baş tutmasına bir ay vaxt qaldığından, son hazırlıqlar tamamlanır.
Qran-pri günlərində avtoqraf sessiyaları və Pit zolağı gəzintisi azarkeşlərə “Formula-1” super ulduzları və komandalarını yaxından görmək imkanı yaradacaq.
BŞH-ın icraçı direktoru Arif Rəhimov bütün biletlərin alınacağına ümid etdiyini söyləyib: “İzdihamı qarşılamaq üçün səbirsizlənirik. Öncəki beş yarışda beş fərqli qalibimizin olması çox gözəldir. “Formula-1” azarkeşləri bu yarışı qaçırmamalıdır. Mövsümün ən gözlənilməz yarışı onu çox həyəcanlı edir”.
Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib