AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarının prodüseri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, UEFA bu vəzifəyə ispaniyalı Oskar Laqo Dominqesi təyin edib.
Çempionlar Liqasının 2010 və 2019-cu illərdə keçirilən final oyunlarında da bu vəzifəni yerinə yetirən O.D.Laqo qitənin ən nüfuzlu klub turnirində 100, La Liqada 1000-dən çox matçda iş başında olub. O, həmçinin son Libertadores kubokunun finalı, Olimpiya Oyunları və “Formula-1” üzrə İspaniya Qran-Prisində çalışıb.
“Mediapro” Azərbaycana Bakıdakı oyunların yayımı üçün 51 nəfərlik komanda göndərəcək. Bu heyətə 28 operator, 12 montajçı, 2 prodüser, 2 səs operatoru, 6 assistent və 1 direktor yer alacaq.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək