Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış idmançılar yarışda iştirak hüququnu qoruyacaqlar.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi verib.
Qurum beynəlxalq federasiyalarla məsləhətləşmələrdən sonra qərara alıb ki, təxirə salınan Yay Olimpiya Oyunlarına əldə olunan lisenziyalar ləğv olunmasın. Yaponiyada iştirak üçün vəsiqə qazanmış atletlər gələn il baş tutacaq yarışa qatıla biləcəklər. Onlar 2021-ci ildə təşkil keçiriləcək Oyunlar üçün yenidən təsnifat xarakterli turnirlərdə çıxış etməli olmayacaqlar.
Qeyd edək ki, iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio-2020-nin özü kimi bəzi təsnifat turnirləri də təxirə salınıb. Baş tutan seçmə yarışlarında Olimpiadaya vəsiqələrin müəyyən hissəsi sahiblərini tapıb. Azərbaycan isə Olimpiadaya 15 lisenziya qazanıb.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək