Azərbaycan Cüdo Federasiyası daha bir idmançını milliləşdirib.
Apasport.az saytının məlumatına görə, qurum iranlı Səid Mollayinin (81 kq) ardınca rusiyalı Camal Qamzatxanovu yığmaya cəlb edib.
+100 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı cüdoçu Beynəlxalq Cüdo Federasiyasının 19 avqust 2022-ci il tarixli qərarı ilə Azərbaycan bayrağı altında çıxış edəcək. O, sentyabrın 10-11-də İtaliyanın Rikkione şəhərində baş tutacaq böyüklər arasında açıq Avropa turnirində yığmada debüt edəcək.
3 ilə yaxındır Rusiya millisinin heyətində beynəlxalq yarışlara qatılmayan Qamzatxanov 2018-ci ildə gənclər arasında dünya çempionatında və 2019-cu ildə gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.
Qeyd edək ki, Mollayi mayda yığmaya cəlb olunub. Qamzatxanovun çəkisində isə Azərbaycanı əsasən digər legioner - gürcüstanlı Uşanqi Kokauri təmsil edirdi.
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb