Çexiyanın Teplitse şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib.
Apasport.az-ın məlumatına görə, turnirin ilk günü 8 çəki dərəcəsində 18 cüdoçumuz tatamiyə çıxıb. Qızlar arasında 48 kq çəkidə Vüsalə Hacıyeva və 52 kq çəkidə Xədicə Qədəşova bürünc medal qazanıb. 52 kq çəkidə yarışan cüdoçumuz Aytən Verdiyeva yarışı 7-ci yerdə başa vurub.
Oğlanlar arasında 55 kq çəkidə final görüşündə 2 cüdoçumuz Ayxan Mirzəzadə və Fərid Qarayev qarşılaşıb. Nəticədə Fərid Qarayev qızıl medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Mirxaliq İskəndərov bürünc medala sahib olub. 60 kq çəkidə Məhəmməd Musayev və 66 kq çəkidə Əbil Yusubov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO