Cüdoçularımız "Böyük Dəbilqə"də mübarizəyə başlayır
02.02.2024 - 10:59
Bu gün Fransanın paytaxtı Paris şəhərində Böyük Dəbilqə turniri start götürür.
Cüdo Federasiyasından apasport.az-a verilən məlumata görə, Paris Böyük Dəbilqə turnirinin ilk günündə 2 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
Yarışın ilk günündə kişilər arasında 60 kq çəki dərəcəsində Nazir Talıbov və Əhməd Yusifov tatamiyə çıxacaq.
Turnir Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
Qeyd edək ki, 3 gün davam edəcək yarışda ölkəmizi ümumilikdə 9 cüdoçu təmsil edəcək.
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
0
0