Cüdoçularımız "Böyük Dəbilqə"nin son günündə 2 medal qazandı
05.02.2023 - 21:47
Fransanın paytaxtı Paris şəhərində keçirilən "Böyük Dəbilqə" turnirinin 2-ci günündə 90 kq çəki dərəsəsində yarışan cüdoçumuz Murad Fətiyev gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, Murad finalda 2019-cu ilin dünya çempionu olmuş niderlandlı cüdoçu Novel van t End ilə qızıl medal uğrunda gücünü sınayıb. İdmançımız vaza-ari xalı ilə uduzaraq gümüş medalla kifayətlənib.
100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Zelim Kotsoyev isə belçikalı cüdoçu Toma Nikiforova qalib gələrək bürünc medala sahib olub.
Qeyd edək ki, dünən Balabəy Ağayev (60 kq) qızıl medal qazanmışdı.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0