Özbəkistanın paytaxtı Daşkənd şəhərində Böyük Dəbilqə turniri başlayıb.
Apasport.az xəbər verir ki, ilk yarış günü 5 çəki dərəcəsində 8 cüdoçumuz tatamiyə çıxıb.
Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Nazir Talıbov, Rövşən Əliyev (hər ikisi 60 kq), İslam Rəhimov, Rəşid Yelkiyev (hər ikisi 66 kq) mübarizəni ilk görüşdə uduzaraq dayandırıblar.
Azərbaycan martın 3-dək davam edəcək “Böyük Dəbilqə”də 12 cüdoçu ilə təmsil olunur. Reqlamentə əsasən, yarışın qalibi 1000, ikincisi 700, üçüncü yeri tutanlar isə 500 reytinq xalı qazanacaqlar.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək