Azərbaycan cüdoçuları 26-28 yanvarda Portuqaliyanın Odivelas şəhərində keçiriləcək Qran Pri turnirində iştirak edəcək.
Apasport.az xəbər verir ki, 3 gün davam edəcək turnirdə 93 ölkədən 660 idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda qadınlar və kişilər arasında 9 çəki dərəsində 16 idmançı ilə təmsil olunacaq.
Cüdoçular böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərliyi altında çıxış edəcək.
Qadınlar üzrə Könül Əliyeva, Aydan Vəliyeva, Gültac Məmmədəliyeva, Fidan Əlizadə, Acelya Toprak, kişilər üzrə isə Balabəy Ağayev, Turan Bayramov, Yaşar Nəcəfov, Kamran Süleymanov, Rəşid Məmmədəliyev, Nurlan Osmanov, Səid Mollayi, Zelim Tçkayev, Elcan Hacıyev, Vüqar Talıbov, Uşanqi Kokauri turnirdə mübarizə aparacaq.
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO