Almaniyanın Bremen şəhərində beynəlxalq "Bremen Masters" turniri keçirilib.
Apasport.az xəbər verir ki, xüdo üzrə Azərbaycanın gənclərdən ibarət komandası rekord sayda qızıl medal qazanaraq tarix yazıb.
Yığma üzvləri 4 qızıl və 3 bürünc medal qazanaraq medal sıralamasında Yaponiya, Özbəkistan və Almaniyanı üstələyərək birinci sırada qərarlaşıblar. Cüdoçularımızdan Məhəmməd Musayev (66 kq), Süleyman Əliyev (73 kq), Aslan Kotsoyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.
Babarəhim Mirzəyev (60 kq), İslam Rəhimov (66 kq) və Tuncay Şamil (90 kq) üçüncü yeri tutublar.
Komandamız ötən il də Bremendə 2 qızıl, 1 gümüş və 1 bürünc medalla ümumi hesabda 1-ci yeri tutub.
Qeyd edək ki, "Bremen Masters"in keçmiş qalibləri dünya çempionatları və Olimpiya Oyunları kimi böyük beynəlxalq turnirlərdə uğur qazanıblar. Onlar arasında Olimpiya çempionları Teddi Riner, Takanori Naqase, Maşu Beyker və Aaron Vulf var.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”