Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında atletlərimiz uğurlu çıxışı ilə yadda qalıb.
Apasport.az xəbər verir ki, qitə birinciliyində qüvvəsini sınayan Dadaş Dadaşbəyli (109 kq) birdən qaldırmada 176 kq nəticə ilə qızıl medal qazanıb.
Təkanla qaldırma hərəkətində isə 212 kq çəkini ram edən idmançımız bütün rəqiblərini qabaqlayıb. Toplam 388 kq (176+212) nəticə göstərən idmançımız üç qızıl medalla Avropa çempionu olub.
Bununla da, Dadaş Dadaşbəyli kişilər arasında ağırlıqqaldırma üzrə Avropa çempionatının qızıl medalını 12 ildən sonra ölkəmizə qazandıran ilk idmançı oldu.
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO