Dadaşov Almaniyada növbəti qolunu vurdu
24.03.2025 - 15:52
Dadaşov Almaniyada növbəti qolunu vurdu

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov Almaniyada növbəti dəfə fərqlənib.

Apasport.az xəbər verir ki, o, Berlin “Dinamo”sunun heyətində növbəti oyununu keçirib.

Hücumçu Berlin Liqa kubokunun matçında meydana çıxıb.

Komanda 1/4 finalda “Kroatia”nı darmadağın edib - 3:0. Oyunda son nöqtəni Dadaşov qoyub.