Danilo Dias: “Qarabağ” “Ayaks”la görüşdə dominant futbol oynamağa çalışacaq"
23.10.2024 - 12:55
Danilo Dias: “Qarabağ” “Ayaks”la görüşdə dominant futbol oynamağa çalışacaq"

“Qarabağ”ın sabiq forvardı Danilo Dias apasport.az saytına açıqlama verib.

Braziliyalı Ağdam klubunun Avropa Liqasının üçüncü turunda “Ayaks”a qarşı keçirəcəyi görüşdən gözləntilərini bölüşüb:

“Qarabağ”ın gücünü, məncə, hamımız yaxşı bilirik. Bu komanda üçün rəqibin kimliyinin fərqi yoxdur. Rəqiblərə hörmətlə yanaşır, amma onlar son dərəcədə dinamik və yüksək tempdə oynayırlar. “Qarabağ”ın “Tottenhem”lə görüşünü xatırlayıram. Londonda güclü rəqibə qarşı necə oynadılar? Əla. Sadəcə şanssız gün idi, epizodlar qolla nəticələnmirdi. Amma əminəm ki, “Qarabağ” “Ayaks”la görüşdə də eynilə dominant futbol oynamağa çalışacaq. Qurban Qurbanov komandasını gözəl tanıyır, rəqibləri də əla təhlil edir. Doğrudur, “Malmö”yə evdə uduzdular. Lakin fikrimcə, onlar yaxşı analizlər ediblər və “Ayaks”la matça qələbə üçün çıxacaqlar. Doğrudur, “Ayaks” da çox yaxşı durumdadır, çox yaxşı, təcrübəli klubdur. Fikrimcə, “Qarabağ” bu oyunda qələbə qazana bilər. Əla oyun olacaq. Matç gərgin və maraqlı keçəcək. Ümid edirəm ki, komandam bu görüşdə qalib tərəf olacaq”.

Qeyd edək ki, “Qoyas”, “Maritimo” komandalarında oynamış Dias 2013-2015-ci illərdə “Qarabağ”ın formasını geyinmişdi.

0