[b]DÇ-2018: Almaniya millisində itki[/b]
22.06.2018 - 22:55
Dünya çempionatının qrup mərhələsinin II turunda İsveçlə qarşılaşacaq Almaniya yığması ciddi itki ilə üzləşib. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, bu barədə məlumatı komandanın baş məşqçisi Yoahim Löv verib.
Təcrübəli mütəxəssis mərkəz müdafiəçisi Mats Hummelsin zədələndiyini açıqlayıb. Löv ulduz futbolçunun bu səbəbdən sabahkı qarşılaşmanı buraxacağını bildirib.
Qeyd edək ki, Almaniya – İsveç görüşü Bakı vaxtı ilə 22:00-da başlayacaq.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0