Braziliya millisinin hücumçusu Neymar DÇ-2018-də təkcə qolları ilə diqqət mərkəzində deyil. Apasport.az saytının məlumatına görə, oyunlar zamanı tez-tez kobudluğa məruz qalan və yıxılan forvard haqqında maraqlı statistika açıqlanıb.
“Dream Team” portalının paylaşdığı xəbərdə Neymarın mundial zamanı düz 14 dəqiqə yerdə qaldığı bildirilib. 23 dəfə rəqib oyunçular tərəfindən kobudluğa məruz qalan oyunçu üst-üstə bu qədər zamanı oyundan kənarda keçirib.
O, ən çox 1/8 finalın Meksika ilə oyununda yerdə qıvrılıb – 5 dəqiqə 30 saniyə. Bu müddətin çox hissəsi isə Migel Layunun aut xətti yaxınlığında Neymarın ayağını tapdalaması zamanı qeydə alınıb.
İsveçrə ilə matçda isə Neymar 3 dəqiqə 40 saniyəsini qazonda keçirib.
Qeyd edək ki, Braziliya yığması hazırda turnirin 1/4 finalındadır və cümə günü Belçika ilə qarşılaşacaq.
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb