[b]DÇ-2018: Penaltilər VAR[/b]
24.06.2018 - 01:01
DÇ-2018 davam edir. Apasport.az saytının məlumatına görə, Rusiyada keçirilən mundial penaltilərin çoxluğu ilə diqqət çəkir.
Belə ki, geridə qalan günlərdə hakimlər müxtəlif komandaların qapısına düz 14 dəfə 11 metrlik cərimə zərbəsi təyin ediblər. 29 oyunda təyin olunmuş cərimələrdən 11-i qolla nəticələnib.
Maraqlıdı ki, bir öncəki mundialda – DÇ-2014-də hakimlər 68 matçda üst-üstə cəmi 13 penalti təyin etmişdilər. Mütəxəssislər video yardımçı hakim sisteminin (VAR) tətbiq olunmasının bu sayın artmasına səbəb olduğunu qeyd edirlər.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
0
0