DÇ-2018-in 1/8 final mərhələsində Uruqvayla matça start heyətində başlayan Kristiano Ronaldo şəxsi rekordlarına birini də əlavə edib. Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya millisinin hücumçusu həmin oyunla birlikdə karyerasının 38-ci Avropa və dünya çempionatı matçına çıxıb.
Bununla da Ronaldo Almaniya millisinin keçmiş yarımmüdafiəçisi Bastian Şvaynştaygerin rekordunu təkrarlayıb. Kristiano bu matçlardan 17-ni dünya çempionatında, 21-ni isə qitə birinciliyində keçirib. Şvaynştaygerdə isə bu göstərici uyğun olaraq 18 və 20-dir.
Dünya və Avropa birinciliklərində ən çox qol vuran oyunçu rekordu isə Miroslav Klozedə qalıb. Almaniyalı 19 qolla zirvədədir. Ronaldo isə qollarının sayını 16-a çatdıraraq 3-cü pillədə Yürgen Klinsmana ortaq olub. İkinci pilləni də daha bir almaniyalı – Gerd Müller zəbt edib (18 qol).
Ronaldo bu qollardan 9-nu Avropa, 7-ni isə dünya çempionatında vurub.
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb