Dəniz 7-ci oldu
26.03.2023 - 17:44
25 mart – 1 aprel tarixlərində Albaniyanın Durres şəhərində keçirilən yeniyetmələr arasında ağırlıqqaldırma üzrə dünya birinciliyinə start verilib.
Apasport.az xəbər verir ki, 60-dan çox ölkədən 322 (166 kişi + 156 qadın) atletin qatıldığı yarışda Azərbaycan atletləri də qüvvələrini sınayırlar.
Onlardan ilk olaraq körpücük üzərinə Dəniz Cabbarlı çıxıb. O, 55 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz birdən qaldırma hərəkətində 92 kq, təkanla qaldırma hərəkətində isə 113 kq-ı ram edib.
Toplam 205 kq (92+113) nəticə göstərən atletimiz yekun sıralamada 7-ci yeri tutub.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
0
0