Diniyevin komandası məğlub oldu
01.03.2025 - 20:51

Türkiyə I Liqasında XXVII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Coşqun Diniyevin çıxış etdiyi "Çorum" "İğdır"ın qonağı olub.
Həmyerlimiz matça ehtiyat oyunçular skamyasında başlayıb. O, 77-ci dəqiqədə meydana daxil olub.
Lakin Diniyev komandasına kömək edə bilməyib. "Çorum" səfərdə minimal hesabla məğlub olub - 0:1.
Qeyd edək ki, Coşqunun komandası 39 xalla 7-ci pillədə qərarlaşıb.
0
0