Avqustun 26-da Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında çimərlik voleybolu üzrə yarış keçirilib.
Apasport.az xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan yarışda müxtəlif dövlət qurumlarından 11 kişi, 6 qadın komandası iştirak edib.
Yekun nəticələrə görə, qadınlar arasında Yeganə Feyzullayeva və İlahə Qüdrətova (AZAL) birinci olublar. Ləman Qabilli və Günel Xanlarova (Dövlət Gömrük Komitəsi) yarışı ikinci, Aytən Hüseynəliyeva və Səmiyə Babayeva (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) üçüncü pillədə başa vurublar.
Kişilər arasında Pərviz Səmədov və Tərxan Cəbrayılov (Fövqəladə Hallar Nazirliyi) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elməddin Dadaşov və Elçin Orucov (SOCAR-1) ikinci, Namiq Hüseynov və Sahil Cəfərov (SOCAR-2) isə üçüncü yerə layiq görülüblər.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”