Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə taekvondoçular arasında dünya birinciliyinə start verilib.
Apasport.az saytı xəbər verir ki, yarışın ikinci günü Azərbaycan milli komandası medalla başa vurub.
Yığmamızın heyətində Şəms Əlizadə (160 sm) fəxri kürsüdə yer alıb. Taekvondoçumuz ilk görüşünə 1/16 finaldan başlayıb. O, Misir, Serbiya və İngiltərə təmsilçilərinə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Əlizadə finala gedən yolda Koreya Respublikası taekvondoçusunu məğlub edib. Şəms finalda Qazaxıstan idmançısı ilə üz-üzə gəlib. Gərgin keçən döyüşdə rəqib idmançı qələbə qazandığından Əlizadə gümüş medala sahib olub.
Qeyd edək ki, dünya birinciliyi sentyabrın 1-dək davam edəcək.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib