Güləş üzrə dünya çempionatının növbəti günü arxada qalıb.
Apasport.az saytı xəbər verir ki, yığmamız günü bir medalla başa vurub.
Sərbəst güləşdə 97 kq çəki dərəcəsində yarışan Maqomedxan Maqomedov finalda uduzub. O, gərgin mübarizədə Əhməd Tacudinova (Bəhreyn) məğlub olub. Olimpiya lisenziyasını təmin edən Maqomedov mundialı ikinci pillədə başa vurub.
Qadınların mübarizəsində Alena Kolesnik (59 kq) medal qazanmağa çox yaxın olub. Yığmamızın üzvü bürünc uğrunda görüşdə amerikalı Cennifer Rocersə uduzub. Digər təmsilçilərimiz Mariya Stadnik (50 kq) və Jalya Əliyeva (57 kq) mübarizəni ¼ finalda dayandırıblar.
Qeyd edək ki, dünən Osman Nurəhmədov (92 kq) yığmamıza gümüş medal qazandırmışdı.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib