Bakıda keçirilən taekvondo üzrə dünya çempionatının nümayəndə heyəti, Dünya Taekvondosunun prezidenti Çunqvon Çu, qurumun baş katibi Seo Jeonqkanq, Türkiyə Taekvondo Federasiyasının prezidenti Metin Şahin və Azərbaycan Taekvondo Federasiyasının rəsmiləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Apasport.az saytının məlumatına görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Qeyd edək ki, dünya çempionatı mayın 29-da start götürüb və iyunun 4-də başa çatacaq. Dünya Taekvondosunun 50, Ümummilli Liderin 100 illiyinə təsadüf edən mundialda 145 ölkədən 949 idmançı mübarizə aparır.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib