İtaliyanın Sardiniya adasında keçirilmiş 20 yaşa qədər qız və oğlan şahmatçılar arasında rapid və blits üzrə dünya çempionatında tarixi nəticə qazanan Azərbaycan təmsilçiləri Gövhər Beydullayeva və Məhəmməd Muradlı Vətənə qayıdıblar.
Apasport.az xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının (AŞF) I vitse-prezidenti Faiq Həsənov, AŞF İcraiyyə Komitəsinin üzvü Cahangir Agarəhimov, şahmatçıların ailə üzvləri və media nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, Rapid və blits yarışlarında müvafiq olaraq Azərbaycan təmsilçiləri Gövhər Beydullayeva və Məhəmməd Muradlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gövhər Beydullayeva həmçinin blits yarışında üçüncü yer tutub.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib