Xorvatiya yığmasının müdafiəçisi Deyan Lovren haqqında səslənən tənqidlərə cavab verib. Apasport.az saytının “Liverpool Echo”ya istinadən məlumatına görə, xorvatiyalı futbolçu fikirlərin əsassız olduğunu deyib.
“Mənim üçün xüsusi bir şeydi. İnsanlar çətin mövsüm keçirdiyimi deyirlər, ancaq mən bununla razılaşmıram. “Liverpul”la Çempionlar Liqasında final oynadım, indi isə milli komandanın heyətində dünya çempionatının finalındayam. İnsanlar dünyanın ən yaxşı müdafiəçilərindən biri olduğumu qəbul etməlidilər” – deyə, o bildirib.
Lovren həmçinin komanda yoldaşı Luka Modriçin “Qızıl top”u qazanmağa layiq olduğunu ifadə edib: “Modriç dünyanın ən yaxşı yarımmüdafiəçisidi. Əgər dünya çempionatının qalibi olsaq, o, “Qızıl top” mükafatını qazanmalıdı”.
Qeyd edək ki, Deyan Lovrenin formasını geydiyi Xorvatiya millisi dünya çempionatının finalında Fransa ilə qarşılaşacaq.
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO