Elçin Məsiyev: “Bu, bizə güvəndiklərini göstərir”
06.03.2025 - 15:16
Elçin Məsiyev: “Bu, bizə güvəndiklərini göstərir”

21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alan FIFA referisi Elçin Məsiyev bununla bağlı AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, azərbaycanlı hakim bunun çox vacib bir təyinat olduğunu və sevinc hissi duyduğunu dilə gətirib:

“Çox sevincliyik, olduqca vacib təyinatdır. Bu, A millilərin Avropa çempionatından sonra UEFA-nın milli səviyyəsində ən böyük ikinci turniridir. Bildiyiniz kimi, ötən ilin dekabrında I kateqoriyaya yüksəldim. Bu səbəbdən qısa müddətdə belə mötəbər yarışa təyinat alacağımı gözləmirdim. Bu, bizə güvəndiklərini göstərir. Bu amil ikiqat sevindiricidir. Avropa çempionatında ən yüksək səviyyədə iştirak etməyə çalışacağıq. Hədəfimiz uğurlu idarəçilik etmək və final matçına təyinat almaqdır”.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 11-28 iyun aralığında 16 komandanın iştirakı ilə təşkil olunacaq.