Elçin Səmədli Avropa çempionatına təyinat alıb
25.03.2025 - 13:24

Azərbaycanın futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektoru Elçin Səmədli təyinat alıb.
Apasport.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Avropa çempionatının əsas mərhələsində 8-ci qrupda keçiriləcək İsveçrə - İngiltərə oyununda hakimlərin işini qiymətləndirəcək.
Qarşılaşma aprelin 15-də Yverdon şəhərində baş tutacaq.
0
0