Əliyar Ağayevə yeni təyinat
14.11.2023 - 13:33
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, təmsilçimiz AVRO-2024 seçmə mərhələsinin oyununda iştirak edəcək.
O, noyabrın 17-də keçiriləcək Finlandiya – Şimali İrlandiya qarşılaşmasının baş hakimi olacaq. Matç Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq.
Helsinki Olimpiya Stadionundakı qarşılaşmada Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Elçin Məsiyev, AVAR hakimi isə Cavid Cəlilov olacaq.
- II Liqa: III turun oyun cədvəli açıqlanıb
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
0
0