Elmir Rəhimzadə: "1-2 komanda var ki, onlar bu mübarizədən kənarda qalacaq"
25.09.2024 - 22:49
Elmir Rəhimzadə: "1-2 komanda var ki, onlar bu mübarizədən kənarda qalacaq"

"Cəbrayıl" güclü kollektivdir. I Liqaya yeni qoşulsalar da, yetərincə keyfiyyətli heyətləri var".

Bu sözləri "İmişli"nin futbolçusu Elmir Rəhimzadə apasport.az saytına açıqlamasında deyib.

O, I Liqanın 3-cü turunun "Cəbrayıl"la matçı barədə fikirlərini bölüşüb: "Çətin oyun oldu. Hər iki komanda matça yaxşı hazırlaşmışdı. Sevindirici haldır ki, qalib gələn tərəf biz olduq. Rəqibin futbolçularının bir çoxunu tanıyırıq. Buna baxmayaraq layiqli qələbə qazandıq. Növbəti 3 xalı aktivimizə yazdırdığımız üçün sevincliyik".

Rəhimzadə çempionatda heç kimi aşkar favorit saymadığını söyləyib: "I Liqadakı klubların əksəriyyəti bərabər səviyyədədir. Rəqabət aparan komandaların sayı çoxdur. Çempionluq yarışı gərgin keçəcək. 1-2 komanda var ki, hardasa onlar bu mübarizədən kənarda qalacaq. Lakin digər bütün kollektivlər sona qədər döyüşəcək. Özümə də inanıram. Bu mövsüm hər şeyin yaxşı olacağına ümid edirəm".

İsmayıl Xeyrullayev

0