
Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Qarabağ" - "Səbail" matçından (3:1) sonra qonaqların məşqçisi Elvin Məmmədovun mətbuat konfransı keçirilib.
"Kubok bizim üçün təcrübə idi. Uşaqlara təşəkkürümüzü bildiririk. Çünki bir neçə oyundur ki, performansda artım var. İntizamlı oynayırıq. Bu da bizi sevindirir. Qarşıdakı çempionat oyunumuz var. Ona hazırlaşırıq. Mübarizəyə görə uşaqlara təşəkkür edirəm".
- Ən vacib oyununuz çempionatda "Şamaxı"ya qarşıdır. O oyun haqda fikriniz necədir?
- Məqsədimiz liqada qalmaqdır. Həmin matç bizim üçün altı xallıq oyundur. Bizim üçün final oyunlarıdır. "Səbail" ailəsi olaraq bunun fərqindəyik. Xallar yığaraq liqada qalmaq istəyirik.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL