AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün Brüssel şəhərindəki “King Baudouin Stadium”da keçiriləcək Belçika – Azərbaycan oyunu öncəsi təşkil olunmuş mətbuat konfransında komandamızın kapitanı Emin Mahmudov iştirak edib.
Apasport.az AFFA-ya istinadən xəbər verir ki, millinin aparıcı üzvü görüşlə bağlı bunları deyib:
"Çox yaxşı komandaya qarşı mübarizə aparacağıq. Bu görüşdə uğurlu nəticə qazanmaq istəyirik. Komanda olaraq oyuna hazırıq. Ümid edirəm ki, yaxşı nəticə də əldə edəcəyik".
Qeyd edək ki, Belçika - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və CBC Sport kanalı vasitəsiylə canlı yayımlanacaq.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ